DOLAR 33,9446 0.25%
EURO 37,9474 0.38%
ALTIN 2.733,14-0,04
BITCOIN 20683502,99%
İstanbul
27°

AÇIK

13:13

ÖĞLE'YE KALAN SÜRE

yigit

yigit

22 Ağustos 2024 Perşembe

Nantdakı “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar şəhidləri yad edilib

Nantdakı “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar şəhidləri yad edilib
0

BEĞENDİM

ABONE OL

 

 

 

Nantdakı “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar şəhidləri yad edilib
, 2023

Nantdakı “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar şəhidləri yad edilib

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan

məktəbindəki növbəti dərsin mövzusu 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunub.

Öncə şagirdlər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Daha sonra onlara 20 Yanvar həqiqətləri, xalqımızın milli azadlıq mücadiləsi barədə ətraflı məlumat verilib. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğın zamanı günahsız, dinc insanların, o cümlədən məktəblilərin və tələbələrin də həlak olduğu, həmin dövrdən qərənfil gülünün 20 Yanvar faciəsinin rəmzinə çevrildiyi bildirilib. Xalqımızın sovet rejiminin amansız qətliamından sarsılmadığı, qısa müddət sonra dövlət müstəqilliyinin bərqərar edilməsinə, 44 günlük Vətən müharibəsi dövründə Qarabağın işğaldan qurtulmasına nail olmaqla 20 Yanvar şəhidlərinin ruhunu şad etdiyi vurğulanıb. 20 Yanvar faciəsindən 33 il ötməsinə baxmayaraq, xalqımızın və dünya azərbaycanlılarının bu qanlı tarixi unutmadığı da diqqətə çatdırılıb.

Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş etdirilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/nantdaki-qarabag-azerbaycan-mektebinde-20-yanvar-sehidleri-yad-edilib-2234

 

 

 

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ