DOLAR 33,9319 0.23%
EURO 37,9202 0.31%
ALTIN 2.727,29-0,26
BITCOIN 20812473,39%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

ABŞ-Azərbaycan Mədəniyyət Fondu Holokost Memorial Muzeyini təkzib verməyə çağırıb

ABŞ-Azərbaycan Mədəniyyət Fondu Holokost Memorial Muzeyini təkzib verməyə çağırıb

ABONE OL
7 Şubat 2023 21:20
ABŞ-Azərbaycan Mədəniyyət Fondu Holokost Memorial Muzeyini təkzib verməyə çağırıb
0

BEĞENDİM

ABONE OL

 

 

 

ABŞ-Azərbaycan Mədəniyyət Fondu Holokost Memorial Muzeyini təkzib verməyə çağırıb

, 2023
ABŞ-Azərbaycan Mədəniyyət Fondu Holokost Memorial Muzeyini təkzib verməyə çağırıb
ABŞ-nin Kaliforniya Ştatında fəaliyyət göstərən ABŞ-Azərbaycan Mədəniyyət Fondunu rəhbəri, yəhudi əsilli Nurit Qrinqer Holokost Memorial Muzeyinin rəhbərliyinə etiraz məktubu ünvanlayıb.

Buna səbəb muzeyin rəsmi saytında Bernard Çerkasovun muzeyə yeni icraçı direktor təyin edilməsi ilə bağlı yerləşdirilən xəbərdə Azərbaycana qarşı əsassız iddiaların yer alması olub.

Elanda göstərilib ki, 13 yaşında olarkən B.Çerkasov ailəsi ilə birlikdə antisemitizm və etnik zorakılığa görə vətəni Azərbaycandan qaçaraq ABŞ-da qaçqın kimi məskunlaşıb.

Nurit Qringer bu böhtana görə muzeyin rəhbərliyindən saytda təkzib verilməsini və rəsmi şəkildə üzr istənilməsini tələb edib.

O, bildirib ki, 8 ildir Azərbaycana səfərlər edir və ölkə daxilində sinəsinə parlaq yəhudi ulduzu (Magen David) taxaraq rahat gəzir. “ABŞ-da isə antisemitizm hücumundan əziyyət çəkə biləcəyim üçün onu gizlədirəm”, – deyə Qringer bildirib.

İsraildə doğulan və Holokostdan sağ çıxanların övladı kimi antisemitizmin nə olduğunu yaxşı bildiyini deyən fond rəhbəri əhalinin əksəriyyətinin İslam dininə sitayiş etdiyi Azərbaycanda antisemitizmin olmadığını qətiyyətlə vurğulayıb. “Bu açıqlama məni sarsıdıb. Bu, tamamilə yalandır. Azərbaycanda antisemitizm yoxdur, heç vaxt da olmayıb”.

“Məhz Azərbaycanda Holokost zamanı nasist antisemitizm cinayətkarlarından xilas olan yəhudilərə sığınacaq verilib. Nə azərbaycanlıların dilində, nə də kollektiv, milli şüurlarında “antisemitizm” termini yoxdur. Mən sizdən və cənab Çerkasovdan tələb edirəm ki, burada bu böhtan xarakterli məlumata görə rəsmi şəkildə üzr istəyəsiniz. Mən Muzeydən bu yalan xəbərə düzəliş etməyi tələb edirəm”, – deyə Nurit Qringer bildirib.

Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporu da bu məsələ ilə bağlı muzeylə əlaqə yaratmağa və bu əsassız iddiaya aydınlıq gətirilməsinə çalışır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/abs-azerbaycan-medeniyyet-fondu-holokost-memorial-muzeyini-tekzib-vermeye-cagirib-2324

 

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ