DOLAR 33,9344 0.23%
EURO 37,9387 0.35%
ALTIN 2.735,330,04
BITCOIN 20692872,80%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

ABŞ-ın San-Xose şəhərində Azərbaycan icması ilə görüş keçirilib

ABŞ-ın San-Xose şəhərində Azərbaycan icması ilə görüş keçirilib

ABONE OL
12 Nisan 2023 00:09
ABŞ-ın San-Xose şəhərində Azərbaycan icması ilə görüş keçirilib
0

BEĞENDİM

ABONE OL

 

 

 

ABŞ-ın San-Xose şəhərində Azərbaycan icması ilə görüş keçirilib
, 2023
ABŞ-ın San-Xose şəhərində Azərbaycan icması ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının ABŞ-a səfəri çərçivəsində Kaliforniya ştatının San-Xose və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş keçirilib.

Azərbaycanın və Amerika Birləşmiş Ştatlarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Aynur Ağayeva tədbiri açaraq, təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbir Komitənin fəaliyyətini əks etdirən videoçarxların və Diaspor Marşının nümayişi lə davam edib.

Görüş iştirakçılarını salamlayan Komitə sədri Fuad Muradov İkinci Qarabağ müharibəsi və post-müharibə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fəallığa, vətənpərvərliyə görə icma üzvlərinə təşəkkür edib, ABŞ-da yaşayan azərbaycanlıların Azərbaycan mədəniyyətinin tanıdılmasında böyük rol oynadığını vurğulayıb.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələri xatırladan Komitə sədri DİDK-nın çoxşaxəli fəaliyyət istiqamətləri, diaspor təşkilatlarını vahid platformada birləşdirən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.

 

 

 

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun konsulu Rasim Daşdəmirov və Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı icmanın fəaliyyəti ilə bağlı fikir və tövsiyələrini səsləndiriblər. Qeyd olunub ki, Kaliforniya ştatında ən çox azərbaycanlı San-Xose şəhərində yaşayır, buradakı gənclərimiz əsasən elm və İT sahələrində çalışırlar.

Sonra Prezident İlham Əliyevin Zəfər Günü ilə bağlı videoçıxışı təqdim olunub.

Müzakirələr zamanı Kaliforniya ştatında fəaliyyət göstərən diaspor təşkilatları nümayəndələrinin və diaspor fəallarının iştirak etdiyi tədbirdə Azərbaycan diasporunun təşkilatlanması istiqamətində aparılan ardıcıl, məqsədyönlü və sistemli işin nəticələri barədə danışılıb, əldə olunan nailiyyətlərə diqqət cəlb edilib.

Soydaşlarımız Kaliforniya ştatında yaşayan azərbaycanlıları bir arada topladığına, onları daim diqqət mərkəzində saxladığına və yaxından maraqlandığına görə Komitə rəhbərliyinə və əməkdaşlarına təşəkkür ediblər. Onlar bu görüşü həmyerlilərimizin şəbəkələşməsi və təşkilatlanması üçün atılan mühüm addımlardan biri kimi dəyərləndiriblər. Həmvətənlərimiz bundan sonra da yaşadıqları ölkədə Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəklərini, Azərbaycan xalqının və dövlətinin mənafeyini daim uca tutacaqlarını bildiriblər.

Tədbir qarşılıqlı fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/abs-in-san-xose-seherinde-azerbaycan-icmasi-ile-gorus-kecirilib-2760

 

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ