DOLAR 33,9345 0.23%
EURO 37,9267 0.32%
ALTIN 2.732,32-0,08
BITCOIN 20769183,05%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Azərbaycanlı alim Omanda doktorluq dissertasiyasını müdafiə edib

Azərbaycanlı alim Omanda doktorluq dissertasiyasını müdafiə edib

ABONE OL
27 Ocak 2023 15:31
Azərbaycanlı alim Omanda doktorluq dissertasiyasını müdafiə edib
0

BEĞENDİM

ABONE OL

 

 

 

Azərbaycanlı alim Omanda doktorluq dissertasiyasını müdafiə edib

2023

Azərbaycanlı alim Omanda doktorluq dissertasiyasını müdafiə edib

Omanın Sultan Qabus Universitetində azərbaycanlı alim Rəşad Həsənovun “Hüseyn Cavid və Cübran Xəlil Cübran yaradıcılığında qadın obrazlarının müqayisəsi” mövzusunda doktorluq dissertasiyası müzakirə edilib.

Elmi Şurada İngilis dili və ədəbiyyatı kafedrasından Dr. İzzə əl-Kindi sədr, Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. İhsan Sadiq Əlləvati elmi rəhbər və Dr. Məhrus əl-Quləli daxili ekspert, Suhar Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. Nidal əş-Şəmali və II Əlcəzair Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. Vəhid bin Buaziz isə xarici ekspert qismində iştirak ediblər.

Həmyerlimizin dissertasiyasında azərbaycanlı yazıçı Hüseyn Cavid (1882–1941) və livanlı yazıçı Cübran Xəlil Cübranın (1883–1931) əsərlərində qadının ailədə və cəmiyyətdə itirilmiş hüquqlarını müdafiə etməsi tədqiq olunub. Nəzərə çatdırılıb ki, ictmai, siyasi və mədəni baxımdan fərqli mühitdə, amma eyni dövrdə yaşayan hər iki ədib qadın obrazlarını bütün insan şüuruna xas olan arxetiplərə görə təqdim ediblər.

Müzakirələrdən sonra Elmi Şura tərəfindən Rəşad Həsənova ərəb ədəbiyyatı üzrə fəlsəfə doktoru dərəcəsi verilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Rəşad Həsənov ali təhsilinin bakalavr pilləsini Azərbaycan Beynəlxalq Universitetinin regionşünaslıq fakültəsində, magistr pilləsini Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində alıb. Soydaşımız doktorluq dissertasiyasını müdafiə etmək üçün Omandakı Sultan Qabus Universitetini seçib.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanli-alim-omanda-doktorluq-dissertasiyasini-mudafie-edib-2256

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ