DOLAR 33,9322 0.23%
EURO 37,9182 0.31%
ALTIN 2.734,320,00
BITCOIN 20762552,96%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Azərbaycanlı musiqiçilər UNESCO-nun Parisdəki mənzil-qərargahında çıxış ediblər
  • France Gezetesi
  • Dünya
  • Azərbaycanlı musiqiçilər UNESCO-nun Parisdəki mənzil-qərargahında çıxış ediblər

Azərbaycanlı musiqiçilər UNESCO-nun Parisdəki mənzil-qərargahında çıxış ediblər

ABONE OL
10 Nisan 2023 15:32
Azərbaycanlı musiqiçilər UNESCO-nun Parisdəki mənzil-qərargahında çıxış ediblər
0

BEĞENDİM

ABONE OL

 

 

 

Azərbaycanlı musiqiçilər UNESCO-nun Parisdəki mənzil-qərargahında çıxış ediblər
10 aprel, 2023
Azərbaycanlı musiqiçilər UNESCO-nun Parisdəki mənzil-qərargahında çıxış ediblər
Azərbaycanın Fransada fəaliyyət göstərən tanınmış musiqiçiləri, diaspor fəalları Səidə Zülfüqarova və Ağarəhim Quliyev UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində təşkil olunmuş konsertdə iştirak ediblər.

Konfrans iştirakçıları Səidə Zülfüqarova (fortepiano) və Ağarəhim Quliyevin (fleyta) çıxışlarını maraq və alqışlarla qarşılayıblar. Azərbaycanlı musiqiçilər Cövdət Hacıyevin “Ballada”, Fazil Sayın “Qara torpaq”, Fikrət Əmirovun fleyta və fortepiano üçün pyeslərini ifa ediblər.

 

 

 

Konsertdə Azərbaycan milli rəqsləri “Naz eləmə” və “Uzundərə” də təqdim olunub.

Qeyd edək ki, konsert öncəsi çıxış edən UNESCO Baş direktorunun müavini Qabriela Ramos və təşkilatçı ölkələrin səfirləri “İpək Yolu” üzərində yerləşən ölkələrin zəngin mədəni irsindən söz açıblar. Sonra konsertdə ölkələrin musiqi, adət-ənənə, rəqs kimi milli-mədəni irs nümunələri nümayiş etdirilib.

UNESCO-nun “İpək Yolu” proqramının 35 illiyi münasibətilə “İpək Yolu – müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forumla başlayan tədbirlər silsiləsi isə Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilmiş “Find your own Silk Road in Azerbaijan” adlı sərginin açılışı ilə davam edib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanli-musiqiciler-unesco-nun-parisdeki-menzil-qerargahinda-cixis-edibler-2761

 

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ