DOLAR 33,9248 0.2%
EURO 37,8895 0.23%
ALTIN 2.723,83-0,38
BITCOIN 20738443,10%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Barselonada Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib

Barselonada Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib

ABONE OL
13 Mayıs 2023 13:50
Barselonada Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib
0

BEĞENDİM

ABONE OL

 

 

Barselonada Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib
, 2023
Barselonada Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib

İspaniyanın Barselona şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib.

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan konsertdə ispaniyalı siyasətçilər, iş adamları, media mənsubları, Barselonada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başlayıb.

Konsert öncəsi çıxış edən Slovakiyanın Barselonadakı fəxri konsulu, ölkəmizin yaxın dostu Havyer Medina Ortiz böyük öndər Heydər Əliyevi “qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, respublikanı zamanın çətin sınaqlarından yüksək məharətlə çıxaran, ən düzgün çıxış yolu tapan müdrik və uzaqgörən lider” adlandırıb.

Konsertdə “Kataloniya Cambra Orkestri”, tanınmış azərbaycanlı opera ifaçısı, “Milano Music Master School” musiqi akademiyasının professoru Çinarə Şirin və müxtəlif rəqs qrupları çıxış ediblər. Onların ifasında italyan, ispan və Azərbaycan musiqisi təqdim olunub, iki ölkənin milli rəqsləri nümayiş etdirilib.

 

 

Böyük maraqla qarşılanan konsertin sonunda çıxış edən “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri və Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov tədbir iştirakçılarına və musiqiçilərə minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbir iştirakçılarına paylanılan konsert proqramında Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat əks olunub.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/barselonada-heyder-eliyevin-100-illiyi-tenteneli-konsertle-qeyd-edilib-2934

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ