DOLAR 33,9248 0.2%
EURO 37,8895 0.23%
ALTIN 2.723,83-0,38
BITCOIN 20738443,10%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Bişkekdə Xocalı soyqırımının qurbanları yad edilib

Bişkekdə Xocalı soyqırımının qurbanları yad edilib

ABONE OL
1 Mart 2023 19:32
Bişkekdə Xocalı soyqırımının qurbanları yad edilib
0

BEĞENDİM

ABONE OL

 

 

 

Bişkekdə Xocalı soyqırımının qurbanları yad edilib
, 2023

 

 

Bişkekdə Xocalı soyqırımının qurbanları yad edilib

Qırğızıstanın paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən “Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlıların Birliyi”nin nəzdindəki Azərbaycan həftəsonu məktəbində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Lətif Qəndilov Xocalı soyqırımının tarixi haqqında ətraflı məlumat verib, faciənin səbəblərinə diqqəti cəlb edib.

“Bu, ermənilər tərəfindən ciddi düşünülmüş, hazırlanmış, silahsız, günahsız

azərbaycanlılara qarşı yönəlmiş soyqırım əməliyyatı olub. Nə qocalara, nə qadınlara, nə də uşaqlara rəhm edilib. Bu soyqırımda Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan, Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, erməni millətçiliyinin lideri Zori Balayan birbaşa iştirak edib. Dövlətimiz bu qanın yerdə qalmaması üçün artıq beynəlxalq məhkəmələrə müraciət edir və bu istiqamətdə ciddi iş aparılır. Biz soyqırım qurbanlarının xatirəsini unutmamalıyıq, əks təqdirdə, yeni belə faciələrlə qarşılaşa bilərik”, – deyə səfir vurğulayıb.

Diplomat əlavə edib ki, Azərbaycan dövləti Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin rəsmi İrəvan bölgədə sülh və normallaşma prosesinin bərqərar olmasına müxtəlif bəhanələrlə mane olur. Ermənistanın və erməni separatçılarının Laçın dəhlizində azərbaycanlılara qarşı təxribatlar törətdiyi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii ehtiyatların qeyri-qanuni olaraq istismar və talan edildiyi, ekoloji terror siyasəti yürüdüldüyü, məkrli planlar həyata keçirməyə cəhdlər göstərdiyi nəzərə çatdırılıb.

Qırğızıstan Gimnastika Federasiyasının prezidenti Əsəd Əsədov, Qırğızıstan Prezidenti yanında Əfv Komissiyasının üzvü, “Azəri” İctimai Birliyinin fəxri prezidenti Akif Alaferdov, Prezident yanında dil üzrə Milli Komissiyanın rəhbəri Jıldız Orozbekova çıxış edərək, Ermənistan tərəfindən Xocalıda törətdilmiş soyqırımı hiddətlə pisləyiblər. Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinin vacibliyini söyləyən natiqlər Azərbaycan Prezidenti İlham Əliyevin misilsiz xidmətlərinə diqqəti cəlb ediblər.

Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən fotosərgi təşkil edilib. Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.

Play

00:21
00:28
Mute

Settings
Enter fullscreen

Play
FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/biskekde-xocali-soyqiriminin-qurbanlari-yad-edilib-2487

 

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ