DOLAR 33,9344 0.23%
EURO 37,9387 0.35%
ALTIN 2.735,330,04
BITCOIN 20692872,80%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Diasporumuz Qazaxıstandakı birlik bayramında ölkəmizi təmsil edib

Diasporumuz Qazaxıstandakı birlik bayramında ölkəmizi təmsil edib

ABONE OL
6 Mayıs 2023 21:02
Diasporumuz Qazaxıstandakı birlik bayramında ölkəmizi təmsil edib
0

BEĞENDİM

ABONE OL

 

 

 

Diasporumuz Qazaxıstandakı birlik bayramında ölkəmizi təmsil edib

, 2023
Diasporumuz Qazaxıstandakı birlik bayramında ölkəmizi təmsil edib

Qazaxıstanın müxtəlif bölgələrində keçirilmiş Qazaxıstan Xalqları Birliyi Gününə həsr olunmuş tədbirlərdə Azərbaycan diasporu fəal iştirak edib.

Paytaxt Astanada bayram münasibətilə keçirilən marafonda diaspor fəallarımız Aslan Xəlilov, Mehdi Naxmedov və Rüstəm Abdimitalov uğurlu nəticə göstəriblər.

 

 

 

 

Astana şəhər bələdiyyəsi tərəfindən Triatlon-Parkda təşkil olunmuş marafonda 300-dən çox idmançı və idman həvəskarları yarışıblar. 500 metr, 2,5 kilometr və 5 kilometr məsafəyə qaçış zamanı soydaşlarımız müxtəlif medallara layiq görülüblər.

Cambul vilayətinin Jualı rayonunda keçirilən bayram şənliyində isə diasporumuzu “Mehriban” Azərbaycan Etnomədəni Birliyi təmsil edib.

Tədbir zamanı birliyin sədri Esmira Məmmədovanın rəhbərliyi ilə təşkil olunmuş Azərbaycan guşəsində xalqımızın tarixini, mədəniyyətini və milli mətbəxini əks etdirən nümunələr və suvenirlər nümayiş etdirilib.

Tədbirin bədii hissəsində birliyin milli geyimli xanım fəallarının ifasında Azərbaycana və türk dünyasına həsr olunmuş mahnılar və rəqslər təqdim olunub.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/diasporumuz-qazaxistandaki-birlik-bayraminda-olkemizi-temsil-edib-2876

 

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ