DOLAR 33,9378 0.24%
EURO 37,9494 0.39%
ALTIN 2.735,990,06
BITCOIN 20766903,32%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Haaqa şəhərində “Əfsanəvi General” kitabı təqdim olunub

Haaqa şəhərində “Əfsanəvi General” kitabı təqdim olunub

ABONE OL
28 Nisan 2023 19:53
Haaqa şəhərində “Əfsanəvi General” kitabı təqdim olunub
0

BEĞENDİM

ABONE OL

 

 

 

Haaqa şəhərində “Əfsanəvi General” kitabı təqdim olunub
, 2023
Haaqa şəhərində “Əfsanəvi General” kitabı təqdim olunub

Niderlandın Haaqa şəhərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimova həsr olunmuş “Əfsanəvi General” kitabının təqdimat mərasimi keçirilib.

 

 

Diasporla iş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Niderlanddakı səfirliyinin dəstəyi, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və şuraya üzv olan “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları, türk icmasının nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva xalqımızın ürəyində xüsusi yer tutmuş azərbaycanlı general-mayora həsr olunmuş kitabın Niderlandda təqdimatının keçirilməsini əlamətdar və qürurverici hadisə adlandırıb.

Rotterdamda yaşayan müəllif Yasəmən Qara bu ideyanın yaranması səbəbindən və əsəri yazarkən keçirdiyi hisslərdən bəhs edib.

Tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, müavini Sima Cəfərova, “Beynəlxalq Qadınlar Klubu”nun sədri Kəmalə Cəlilova, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin üzvü Nemətağa Əliyev, Türk icmasının üzvləri Tahsin Çetinkaya, Remzi Kabadayı, Haluk Baştımar və Ümit Akbulut çıxış edərək, kitabın ərsəyə gəlməsi münasibətilə müəllifi təbrik edib, onun diaspor fəaliyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər general Polad Həşimovla bağlı ürək sözlərini söyləyib, generalın xatirəsinin heç bir zaman unudulmayacağını vurğulayıb, Aprel, Tovuz döyüşləri və Vətən müharibəsi dövründə keçirdikləri həyəcanlı anları xatırladıblar.

 

 

 

General Polad Həşimovun anası Səmayə Həşimova internet bağlantısı vasitəsilə tədbirə qoşulub. Oğlu haqqında danışan ananın xaricdəki soydaşlarımıza verdiyi xeyir-duası və xoş arzuları tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. İnternet bağlantısı ilə tədbirə qoşulan şəhid Elman Əliyevin anası da müəllifi təbrik edib və igid oğullarımızı unutmayan soydaşlarımıza öz minnətdarlığını bildirib.

Bədii proqramla davam edən tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Vüsalə Cabir, Cavid Səlimov (tar), Azərbaycanın əməkdar artisti Xəyyam Məmmədov (kamança), İlkin Əlizadə (piano) və Bəxtiyar Eybaliyev çıxış ediblər. Azərbaycan və Almaniyadan gələn sənətçilərin ifasında muğam parçaları və təsniflərimiz səsləndirilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/haaqa-seherinde-efsanevi-general-kitabi-teqdim-olunub-2848

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ