DOLAR 33,9327 0.23%
EURO 37,9593 0.36%
ALTIN 2.735,900,05
BITCOIN 20804873,27%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib

İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib

ABONE OL
22 Haziran 2023 15:01
İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib
0

BEĞENDİM

ABONE OL

İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib
, 2023

 

 

İordaniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib

 

 

 

İordaniya Haşimilər Krallığının paytaxtı Əmmanda müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

 

 

 

 

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının İordaniyadakı koordinatoru Zümrüd Dadaşovanın və iordaniyalı tarixçi-yazıçı, Dr. Ömər Armutinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ölkə parlamentinin üzvləri, yerli ictimaiyyətin tanınmış simaları və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

 

 

 

 

Dr. Ömər Armutinin Ədəbiyyat və Mədəniyyət Mərkəzində gerçəkləşdirilmiş tədbir İordaniya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan Zümrüd Dadaşova dünyanın görkəmli dövlət xadimlərindən biri olan Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, xaricdə yaşayan diasporumuzun bir araya gəlməsi istiqamətlərində müstəsna rolundan danışıb.

 

 

 

 

İordaniya parlamentinin deputatı Dr. Əhməd Aşa’ Duaimeh, keçmiş Baş nazir Dr. Cavad əl-Annani, tarixçi-yazıçı Dr. Ömər Armuti, İordaniyanın Azərbaycandakı keçmiş səfiri Dr. Muaffaq Ajluni, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Dr. Məhəmməd İssa əl-Ədvan, məhşur iordaniyalı şair Adnan əl-Səudi, İordaniya Universitetinin professoru Dr. Məcdəddin Xəmməş, tədqiqatçı-jurnalist Şakir Həddəd və yazıçı Məhdi əl-Ələmi çıxışlarında Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial, hərbi və humanitar sahələrdə həyata keçirdiyi islahatlara, İordaniya kralı Hüseyn ibn Talal ilə şəxsi dostluğuna diqqəti cəlb ediblər. Bu dostluq münasibətlərinin Azərbaycanla İordaniyanın indiki rəhbərləri Prezident İlham Əliyev və Kral II Abdullah tərəfindən uğurla davam etdirildiyi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin önəmi qeyd olunub. Onlar ölkəmiz barədə xoş təəssüratlarını və Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

 

 

 

 

Tədbir Heydər Əliyevə və Azərbaycana həsr olunmuş şeirlərin səsləndirilməsi ilə yekunlaşıb.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/iordaniya-paytaxtinda-heyder-eliyevin-100-illiyi-qeyd-edilib-3129


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ