DOLAR 33,9345 0.23%
EURO 37,9267 0.32%
ALTIN 2.732,32-0,08
BITCOIN 20769183,05%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

İsveç və Fransada Reza Deqatinin Azərbaycan həqiqətlərini əks etdirən fotoları təqdim edilib
  • France Gezetesi
  • Dünya
  • İsveç və Fransada Reza Deqatinin Azərbaycan həqiqətlərini əks etdirən fotoları təqdim edilib

İsveç və Fransada Reza Deqatinin Azərbaycan həqiqətlərini əks etdirən fotoları təqdim edilib

ABONE OL
22 Temmuz 2023 20:50
İsveç və Fransada Reza Deqatinin Azərbaycan həqiqətlərini əks etdirən fotoları təqdim edilib
0

BEĞENDİM

ABONE OL

 

 

 

 

İsveç və Fransada Reza Deqatinin Azərbaycan həqiqətlərini əks etdirən fotoları təqdim edilib

 

2023

 

 

 

İsveç və Fransada Reza Deqatinin Azərbaycan həqiqətlərini əks etdirən fotoları təqdim edilib

İsveçdə və Fransanın əyalətlərində tanınmış fotoqraf Reza Deqatinin fotolarından ibarət “Dərin sükut” adlı sərgi nümayiş etdirilib.

 

 

 

Fotosərgidə təqdim olunmuş əsərlər insan qəlbinin dərinliklərinə yol açır. Fotoqraf insanlara özünün ən yaxşı hisslərinə qovuşmağı təklif edir.

Eyni zamanda Azərbaycanı, eləcə də erməni işğalçılar tərəfindən yerlə yeksan edilmiş şəhər və kəndlərimizi əks etdirən fotolara da diqqət cəlb edilib.

 

 

 

Qeyd edək ki, “Sülh müxbiri” titullu müharibə müxbiri olan R.Deqati 1979-cu ildən dünyada baş verən sarsıntıların əsl şahididir. Fotoqraf peşəsi doğma ölkəsindən didərgin düşmüş R.Deqatini həyata bağlayan səbəblərdən biridir. O, əsl sənətkar kimi sözünü və fikirlərini fotoları vasitəsilə ötürür.

Uzun illərdir dünyanın müxtəlif qaynar nöqtələrindən çəkdiyi fotolarla sənətkar humanist baxışını beynəlxalq media, eləcə də kitablar, sənədli filmlər, konfranslar, seminarlar və sərgilər vasitəsilə Fransada və xaricdə bölüşür.

 

 

 

 

 

 

Azərbaycanın 30 illik işğal dərdini, erməni işğalı dövründə Qarabağdakı şəhər və kəndlərimizin barbarcasına dağıdılması faktlarını da fotoları, sərgiləri və sərgilər çərçivəsində təşkil etdiyi konfranslar vasitəsilə beynəlxalq ictimaiyyətə və sənətsevərlərə çatdırır.

Onun builki sərgilərinin komissarları Raşel Deqati və Fransada sərgilər kuratoru Pyer Bonciovanidir. Bu sərgilər yay fəsli ərzində yerli ictimaiyyət və xarici turistlərin ən sevimli ziyarət məkanına çevrilir.

 

 

 

 

Xatırladaq ki, Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri olan Reza Deqati mədəniyyət paytaxtımız Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında iştirak edib.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/isvec-ve-fransada-reza-deqatinin-azerbaycan-heqiqetlerini-eks-etdiren-fotolari-teqdim-edilib-3270

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ