DOLAR 33,9344 0.23%
EURO 37,9387 0.35%
ALTIN 2.735,330,04
BITCOIN 20692872,80%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Kiyevdə Azərbaycanın Müstəqillik Günü təntənə ilə qeyd edilib

Kiyevdə Azərbaycanın Müstəqillik Günü təntənə ilə qeyd edilib

ABONE OL
5 Haziran 2023 09:19
Kiyevdə Azərbaycanın Müstəqillik Günü təntənə ilə qeyd edilib
0

BEĞENDİM

ABONE OL

 

 

Kiyevdə Azərbaycanın Müstəqillik Günü təntənə ilə qeyd edilib
, 2023
Kiyevdə Azərbaycanın Müstəqillik Günü təntənə ilə qeyd edilib

Kiyev şəhərində 28 may – Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli konsert keçirilib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhər sakinləri və Ukrayna Azərbaycanlıları Radasının fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən Ukrayna Ali Radası sədrinin müşaviri, UABD sədri Hikmət Cavadov xalqımızın tarixində böyük əhəmiyyət kəsb edən bayram münasibətilə soydaşlarımızı təbrik edib. Azərbaycanın Müstəqillik Gününün hər il may ayının son bazar günü keçirilən “Kiyev Günü”nə təsadüf etdiyini, bu baxımdan həmin günün paytaxtda yaşayan azərbaycanlılar üçün ikiqat bayrama çevrildiyini bildirib

 

 

.

O, Kiyevdə bir neçə dəfə hava hücumu həyəcanının səslənməsinə baxmayaraq, nəzərdə tutulan konsertin keçirilməsinin rəmzi məna daşıdığına diqqəti cəlb edib. “Hazırda öz azadlığı uğrunda mübarizə aparan Ukraynanın paytaxtında tarixi vətənimizin müstəqilliyinin 105-ci ildönümünü təntənəli şəkildə qeyd edirik. Konsertdə iştirak edənlər bununla nümayiş etdirdilər ki, müstəqilliyimiz istənilən maneələr qarşısında dönməz və sarsılmazdır. Azərbaycanın 44 günlük müharibədəki qələbəsi ukraynalıları çox ruhlandırdı və Allahın köməyi ilə biz tezliklə Ukraynanın qələbəsini birlikdə qeyd edəcəyik”, – deyə Hikmət Cavadov arzusunu ifadə edib.

Sonra “Azərbaycan” və “Qafqaz” ansambllarının da iştirak etdiyi konsertdə Ukraynanın xalq artisti Qurban Abbasov Azərbaycan mahnılarını ifa edib.

Tədbir çərçivəsində xalqımızın tarixini, mədəniyyətini və milli adət-ənənələrini əks etdirən sərgi nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/kiyevde-azerbaycanin-musteqillik-gunu-tentene-ile-qeyd-edilib-3045

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ