DOLAR 33,9337 0.23%
EURO 37,9275 0.33%
ALTIN 2.728,79-0,20
BITCOIN 20789253,23%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Komitə əməkdaşları Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər
  • France Gezetesi
  • Siyaset
  • Komitə əməkdaşları Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər

Komitə əməkdaşları Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər

ABONE OL
24 Mart 2023 12:18
Komitə əməkdaşları Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər
0

BEĞENDİM

ABONE OL

 

 

 

 

 

Komitə əməkdaşları Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər
, 2023
Komitə əməkdaşları Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər
Özbəkistana səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının Azərbaycanın bu ölkədəki səfirliyində və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində görüşləri keçirilib.

Qonaqları salamlayan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan və Özbəkistan dövlət başçılarının səyləri nəticəsində iki ölkə arasında münasibətlərin və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etməsindən, uğurla həyata keçirilən qardaşlaşmış şəhərlər layihəsindən danışıb. Bildirib ki, bu layihə Lənkəran və Buxara, Şuşa və Xivə, Şəki və Kokand, Gəncə və Səmərqənd şəhərlərini əhatə edir.

Komitənin şöbə müdiri Vüsal Məmmədov DİDK-nın çoxşaxəli fəaliyyət istiqamətlərinə, irimiqyaslı layihələrinə diqqəti cəlb edib. Müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Özbəkistanda keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışıb.

Azərbaycan səfiri Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini və irimiqyaslı layihələrini yüksək qiymətləndirdiyini nəzərə çatdırıb.

Komitə adından səfirə xatirə hədiyyəsi təqdim edilib.

Sonra səfirlikdə Bakı və Daşkəndin qardaşlaşmış məktəblərinin bir qrup şagirdi ilə görüş keçirilib və xatirə şəkli çəkilib.

Həmin gün Komitə əməkdaşları Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə də tanış olublar. Mərkəzin direktoru Samir Abbasov burada yaradılmış müxtəlif muzeylər barədə məlumat verib, Özbəkistanda ədəbiyyat və mədəniyyət sahəsində həyata keçirilən müxtəlif layihələrdən, diaspor təşkilatları ilə əməkdaşlıq məsələlərindən danışıb.

Komitənin şöbə müdiri qardaş ölkədə mərkəzin gördüyü işləri, Özbəkistandakı diaspor təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasını müsbət dəyərləndirib.

Birgə əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşün sonunda Komitənin adından mərkəzə xatirə hədiyyəsi təqdim olunub.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/komite-emekdaslari-daskenddeki-heyder-eliyev-adina-azerbaycan-medeniyyet-merkezini-ziyaret-edibler-2668

 

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ