DOLAR 33,9248 0.2%
EURO 37,8895 0.23%
ALTIN 2.723,83-0,38
BITCOIN 20738443,10%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Krakovda Azərbaycan icması ilə görüş keçirilib

Krakovda Azərbaycan icması ilə görüş keçirilib

ABONE OL
31 Mayıs 2023 19:57
Krakovda Azərbaycan icması ilə görüş keçirilib
0

BEĞENDİM

ABONE OL

 

 

 

Krakovda Azərbaycan icması ilə görüş keçirilib
, 2023
Krakovda Azərbaycan icması ilə görüş keçirilib
Polşada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının “Heydər Əliyev İli” çərçivəsində Krakov şəhərində yaşayan Azərbaycan icması ilə görüşü keçirilib.

Görüşdə Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, “Xarı Bülbül” Dünya Azərbaycanlıları Assosiasiyasının fəalları, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Öncə Azərbaycanın Dövlət Humni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitənin fəaliyyət istiqamətlərini, Azərbaycan evləri, həftəsonu məktəblərlə bağlı həyata keçirdiyi layihələri əhatə edən təqdimat keçirilib. “Heydər Əliyev İli” çərçivəsində Diaspor Gənclərinin IV Yay Düşərgəsinin Naxçıvanda təşkil ediləcəyinə, dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərə diqqət cəlb edilib. Qarşıda düran vəzifə və hədəflərdən danışılıb.

Görüş xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə davam etdirilib.

 

 

 

Sonra “Xarı Bülbül” Dünya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Sedat Şamilli təşkilatın fəaliyyəti barədə hesabatla çıxış edib.

Görüş Polşada yaşayan azərbaycanlıların durumu barədə fikir mübasiləsinin aparılması ilə davam edib. Soydaşlarımız Krakovda Azərbaycan Evinin açılması və digər təkliflərlə çıxış ediblər.

Tədbir sualların cavablandırılması ilə başa çatıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/krakovda-azerbaycan-icmasi-ile-gorus-kecirilib-3012

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ