DOLAR 33,9362 0.24%
EURO 37,9272 0.33%
ALTIN 2.732,16-0,08
BITCOIN 20787963,12%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır

Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır

ABONE OL
22 Temmuz 2023 12:03
Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır
0

BEĞENDİM

ABONE OL

 

 

 

Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır

2023
Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır

 

 

 

 

“Misir-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyətə başlayandan sonra dilimizi öyrənənlərin sayı gündən-günə artır. Bu gün dünyada Azərbaycanı təbliğ etməyin əsas yollarından biri də dilimizin tədrisidir”. Bu barədə uzun illərdir Qahirə şəhərində Azərbaycan dilini tədris edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru, tədqiqatçı-alim Seymur Nəsirov bildirib.

 

 

 

 

 

Diaspor rəhbəri qeyd edib ki, cəmiyyətin nəzdində fəaliyyət göstərən kurslara dilimizə böyük maraq göstərən daha 92 nəfərin müraciət etməsi buna bariz nümunədir. Artıq yeni müdavimlər üçün açılan əlavə qrupda ilk dərs keçirilib.

 

 

 

 

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin binasında Azərbaycan dili kurslarının yeni müdavimləri ilə təşkil edilən görüşdə misirli gənclərin dilimizə, həmçinin ədəbiyyatımıza böyük marağından məmnunluq ifadə edilib. İki dost ölkə arasında əlaqələrin inkişafından, tarixi mənbələrdə azərbaycanlıların ərəb mədəniyyəti və ədəbiyyatının inkişafına töhfələrindən danışılıb.

 

 

 

 

Bu il müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dostluq Cəmiyyəti tərəfindən silsilə tədbirlər keçirildiyi, belə tədbirlərdən birinin də ərəb xəttatlığı, Azərbaycan tarixi və xalqımızın görkəmli şəxsiyyətləri mövzusunda və Qurani-Kərimin hafizləri arasında keçirilən müsabiqələr olduğu vurğulanıb.

 

 

 

 

 

Seymur Nəsirov söyləyib ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müsabiqələrin qaliblərinin Azərbaycana səfərinin təşkili də nəzərdə tutulub.

 

 

 

 

 

 

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 55 ölkədən 500 dən çox gənc ödənişsiz təhsil alır.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/misirde-azerbaycan-dilini-oyrenmek-isteyenlerin-sayi-artir-3249

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ