DOLAR 33,9337 0.23%
EURO 37,9275 0.33%
ALTIN 2.728,79-0,20
BITCOIN 20789253,23%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Polşa Azərbaycanlıları Koordinasiya Şurasına seçkilər keçirilib

Polşa Azərbaycanlıları Koordinasiya Şurasına seçkilər keçirilib

ABONE OL
14 Temmuz 2023 16:00
Polşa Azərbaycanlıları Koordinasiya Şurasına seçkilər keçirilib
0

BEĞENDİM

ABONE OL

 

 

 

Polşa Azərbaycanlıları Koordinasiya Şurasına seçkilər keçirilib

2023

 

 

 

 

Polşa Azərbaycanlıları Koordinasiya Şurasına seçkilər keçirilib

 

 

 

 

“Heydər Əliyev İli” çərçivəsində Varşava şəhərində Azərbaycan icması ilə görüş və Polşa Azərbaycanlıları Koordinasiya Şurasına seçkilər keçirilib.

 

 

 

 

Görüşdə Varşava, Krakov, Vrotslav, Qdansk və digər şəhərlərdə yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev icmamızın, Varşava Azərbaycan Evinin və Polşa Azərbaycanlıları Koordinasiya Şurasının fəaliyyətini müsbət qiymətləndirib. Görüşün Komitənin yaradılmasının 21-ci ildönümünə təsadüf etdiyini vurğulayan sədr müavini bu münasibətlə soydaşlarımızı təbrik edib.

Komitənin fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi layihələrdən danışan E.Əliyev müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Naxçıvanda keçiriləcək Diaspor Gənclərinin İV Yay Düşərgəsi barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı tövsiyələrinə diqqəti cəlb edən sədr müavini Koordinasiya şuraları, Azərbaycan evləri və həftəsonu Azərbaycan məktəbləri ilə əlaqədar fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Polşadakı diasporumuzun mövcud vəziyyəti, Azərbaycan həqiqətlərinin polyak ictimaiyyətinə dolğun şəkildə çatdırılması istiqamətində həyata keçirdiyi layihələri nəzərə çatdırıb.

 

 

 

 

Tədbir Komitənin fəaliyyətini əks etdirən hesabat-videoçarxın nümayişi ilə davam etdirilib.

Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşı soydaşlarımızı salamlayıb və uğurlar arzulayıb.

Ardınca Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Fərid Cəfərli görülən işlər barədə hesabatla çıxış edib.

Tədbirdə müasir dövrün çağırışlarına uyğun olaraq icmamızın fəallığının artırılması, koordinasiya işinin gücləndirilməsi, gələcək planlar, Krakov şəhərində Azərbaycan Evinin açılması barədə fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/polsa-azerbaycanlilari-koorsinasiya-surasina-seckiler-kecirilib-3199

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ