DOLAR 33,9380 0.24%
EURO 37,9377 0.35%
ALTIN 2.735,710,05
BITCOIN 20664552,66%
İstanbul
27°

AÇIK

16:59

İKİNDİ'YE KALAN SÜRE

Qırğızıstandakı diasporumuz Heydər Əliyevə həsr olunmuş konfransa qatılıb

Qırğızıstandakı diasporumuz Heydər Əliyevə həsr olunmuş konfransa qatılıb

ABONE OL
28 Nisan 2023 01:45
Qırğızıstandakı diasporumuz Heydər Əliyevə həsr olunmuş konfransa qatılıb
0

BEĞENDİM

ABONE OL

 

 

 

Qırğızıstandakı diasporumuz Heydər Əliyevə həsr olunmuş konfransa qatılıb
26 aprel, 2023
Qırğızıstandakı diasporumuz Heydər Əliyevə həsr olunmuş konfransa qatılıb
Bişkekdə fəaliyyət göstərən “Azəri” İctimai Birliyi Qırğızıstan parlamentində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfransda iştirak edib.

 

 

 

Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı və səfir Lətif Qəndilovun moderatorluğu ilə aparılan konfransda ölkə parlamentinin vitse-spikeri Nurbek Sıdıqaliyev, Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev, xarici işlər nazirinin müavini Aybek Moldaqaziyev, Təhlükəsizlik Şurasının katibi Marat İmankulov, Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri İsgəndər Matraimov, Azərbaycan Milli Məclisinin üzvləri Musa Quliyev və Cavanşir Feyziyev çıxış ediblər.

 

 

 

Qırğızıstanla Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafında və genişlənməsində ümummilli liderin əvəzsiz rolunu xatırladan natiqlər qeyd ediblər ki, Heydər Əliyev hələ sağlığında Franklin Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll kimi güclü siyasətçilər kimi əfsanəvi şəxsiyyətə çevrilib. Onun qeyri-adi xarizması, siyasətçi və dövlət xadimi kimi böyük istedadı hər bir müasirimizdə və həmvətənimizdə fəxarət hissi yaradıb, tədqiqatçıların və jurnalistlərin diqqətini cəlb edib. İllər keçdikcə Heydər Əliyev fenomeninə marağın daha da artdığı vurğulanıb.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

Konfransdan sonra Azərbaycan Milli Məclisinin üzvləri Musa Quliyev və Cavanşir Feyziyev “Azəri” İctimai Birliyinin ofisini ziyarət ediblər. Birliyin sədri Əzizağa Əliyev qonaqlara diasporumuzun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:http://diaspor.gov.az/az/news-detail/qirgizistandaki-diasporumuz-heyder-eliyeve-hesr-olunmus-konfransa-qatilib-2841

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ