Şanxayda keçirilən tədbirdə “Sarı Gəlin” ifa olunub
, 2024
Şanxayda keçirilən tədbirdə “Sarı Gəlin” ifa olunub
https://x.com/DiasporaAz/status/1851614199874551960
Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin tələbəsi Xədicə Əsgərova oxuduğu təhsil ocağında keçirilən tədbirdə ölkəmizi təmsil edib.
https://x.com/DiasporaAz/status/1851614199874551960
O, çinli tələbə yoldaşları ilə birgə nümayiş etdirdiyi “Böyük İpək Yolu” səhnəciyində azərbaycanlı tacir rolunu oynayaraq, qərbdən şərqə nar meyvəsinin daşınmasını səhnələşdirib. Soydaşımız tədbirin sonunda Azərbaycan musiqi mədəniyyəti haqqında izləyicilərə məlumat verib və xalq mahnısı “Sarı Gəlin”i səsləndirib.
https://x.com/DiasporaAz/status/1851614199874551960
“Bir şeyi əminliklə deyə bilərəm: “Sarı Gəlin” hər bir azərbaycanlı üçün çox dəyərlidir. Əcdadımız bu musiqini bütün ruhu ilə yaradıb. Ona görə də, başqa xalqın nümayəndəsi bayatıdakı sözləri anlamasa belə, musiqidəki kədəri və həsrəti ilk notdan duyur. Biz isə onu sevgimizlə yaşadırıq, çox sevir və hiss etdiyimiz kimi oxuyuruq. Beləcə “bizimdir” deyib kimisə inandırmağa ehtiyac da qalmır”, – deyə o bildirib.
https://x.com/DiasporaAz/status/1851614199874551960
Qeyd edək ki, Xədicə Əsgərova Elm və Təhsil Nazirliyinin Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Çin Xalq Respublikasının Şanxay Beynəlxalq Araşdırmalar Universitetində Beynəlxalq münasibətlər və dövlət işi fakültəsinin tələbəsidir. O, 2023-cü ildə Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı olub.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1851614199874551960
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/sanxayda-kecirilen-tedbirde-quot-sari-gelin-quot-ifa-olunub-5208
https://x.com/DiasporaAz/status/1851614199874551960
Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.
Yorum yapabilmek için giriş yapmalısınız.