DOLAR 33,0259 0.02%
EURO 36,0529 0.03%
ALTIN 2.567,85-0,06
BITCOIN 21357345,61%
İstanbul
30°

KAPALI

02:00

İMSAK'A KALAN SÜRE

Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

ABONE OL
5 Temmuz 2024 17:09
Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib
0

BEĞENDİM

ABONE OL

Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

2024

Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

 

 

 

 

 

Gürcüstanın Marneuli şəhərindəki “Azərbaycan Evi”nin dəstəyi ilə azərbaycanlı alim Sərdar Yusubovun “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov professor Sərdar Yusubovun həyatı və elmi yaradıcılığı haqqında məlumat verib.

Sonra müəllif, professor Sərdar Yusubov çıxış edərək bildirib ki, kitabda müasir elmin və pedaqoji təcrübənin nailiyyətləri əsasında təlimin təkmilləşdirilməsinin nəzəri əsasları geniş planda təqdim olunub. Vəsait yeni mövzuları dünya pedaqoji prosesindəki innovasiyaları əks etdirən müasir təlim texnologiyaları ilə zənginləşdirir.

Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Ketevan Vardanişvili, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə, iqtisadiyyat üzrə fəlsəfə doktoru Tacəddin Quliyev və başqaları çıxış edərək bildiriblər ki, kitab şagird və tələbələrin müasir təlim texnologiyalarından faydalanmasında mühüm rol oynayacaq.

Sərdar Yusubov pedaqoji fəaliyyəti ərzində qabaqcıl təcrübəyə əsaslanaraq “Müasir təlim texnologiyaları” adlı tədris vəsaitini tərtib edib. O, həmçinin etnopedaqogika elm sahəsi üzrə ilk mütəxəssisdir.

Bu vəsait pedaqoji universitetin məzunları, magistrantlar, doktorantlar, ümumtəhsil müəssisələrinin müəllimləri və ali məktəblərin pedaqoji fakültələrinin təcrübəçi müəllimləri üçün nəzərdə tutulub.

Gürcüstanın Təhsil və Elm Nazirliyinin müvafiq qərarı ilə tədris vəsaitinə rəy verilib və onun təhsil müəssisələrində istifadə olunması tövsiyə edilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/gurcustanda-azerbaycanli-alimin-kitabinin-teqdimati-kecirilib-4914

 

 


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.

Arabic AR Azerbaijani AZ Chinese (Simplified) ZH-CN Dutch NL English EN French FR German DE Italian IT Kazakh KK Kyrgyz KY Portuguese PT Russian RU Spanish ES Tajik TG Turkish TR Uzbek UZ